İnvesscon MMC sənaye, istehsalat və avtomobil sahələri üçün yüksək keyfiyyətli sürtük yağlarının satışını və təchizatını həyata keçirir. Təklif etdiyimiz sürtük yağları beynəlxalq standartlara uyğun olaraq seçilir və müxtəlif avadanlıqların uzunömürlü, stabil və səmərəli işləməsini təmin edir.
Məhsullarımız mühərriklərin və mexaniki hissələrin sürtünməsini minimuma endirərək aşınmanı azaldır, enerji itkilərini aşağı salır və texniki xərclərin optimallaşdırılmasına kömək edir. İnvesscon MMC olaraq müştərilərimizə yalnız məhsul satışı deyil, eyni zamanda düzgün yağ seçimi ilə bağlı peşəkar məsləhət və texniki dəstək də təqdim edirik.
